Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ermənistanda revanşist qüvvələr hakimiyyətə gəlməyə və işğalçılıq planlarına davam etməyə hazırlaşırlar

0

  • “Ermənistanın qarşısında duran bütün çağırışların təhdidlərə çevrildiyini nəzərə alaraq, ölkəmizdəki birlik prosesini öz nümunəsi ilə göstərəcək və bununla da son seçkilərdən sonra birdən-birə bizdə görünən yoxsulluğun aradan qaldırılmasına zəmin yaradacaq belə bir qüvvə formalaşdırmağı lazım bildik”.Ordu.az xəbər verir ki, bunu Ermənistanın könüllülərin, “xalq qoşunu” üzvlərinin və ehtiyatda olan hərb qulluqçuların birləşdirilməsi üzrə təşəbbüs qrupunun üzvü Vardan Xaçatryan deyib.Öz növbəsində birləşmə təşəbbüs qrupunun üzvü, İrəvanın keçmiş şəhər başçısı Albert Bazeyan bildirib ki, onların qurultayı iyulun 25-də baş tutacaq.“Bizim birinci vəzifəmiz lazım gələrsə, əsgərlərimizlə çiyin-çiyinə sərhədləri qorumaq və “işğal altında olan” (azad edilən – red.) torpaqları “azad etmək” (işğal etmək – red.) olacaq. İkinci vəzifəmiz öz nümunəmizlə sağlam, milli siyasi qüvvələrin birləşərək vahid ümumerməni ittifaqı yaratmasına kömək etmək olacaq. Vilayətlərə baş çəkəcəyik, yerlərdə filiallar açacağıq və bir gün ümumerməni ittifaqı ilə birlikdə xalqı ayağa qalxmağa çağırıb mövcud hakimiyyətə itaətsizlik göstərəcəyik. Biz bu hakimiyyəti uzaqlaşmağa və hazırkı parlamenti buraxmağa məcbur edəcəyik”, - deyə o qeyd edib.
    Alpər Mövludoğlu Ordu.az
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi9 ay öncə
    İzlənib20 dəfə
    ermənistanda revanşist qüvvələr hakimiyyətə gəlməyə işğalçılıq planlarına davam etməyə hazırlaşırlar

    Maraqlı gələ bilər
    124